AFchamber İdarə Heyətinin üzvü Elşən Zeynalov “National Order of Merit” ordeni İlə təltif edilib
5 may 2022-ci il tarixində AFchamber-in İdarə Heyətinin üzvü, ALSTOM-un Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə regional direktoru Elşən Zeynalov “National Order of Merit” ordeni (Chevalier de l’Ordre National du Mérite) ilə təltif edilib.
Ordeni Fransanın Azərbaycandakı səfiri Zakari Qross təqdim edib. Səfir Fransanın “Alstom” şirkətinin Azərbaycandakı fəaliyyətindən də danışıb və “Azərbaycan Dəmir Yolları” QSC ilə uğurlu əməkdaşlığı qeyd edib.
Elşən Zeynalov mükafata görə təşəkkür edərək bildirib ki, təmsil etdiyi şirkət Bakı, Gəncə və Ağdamda nəzərdə tutulan tramvay şəbəkəsinin tikintisinə dəstək verməyə hazırdır. O, həmçinin Azərbaycanda əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd edib.
İdarə Heyətinin üzvü cənab Elşən Zeynalovu layiqli uğuruna görə ürəkdən təbrik edir və bundan sonra da birgə nailiyyətlərə imza atmağı arzu edirik!