AFchamber Üzv şirkətləri Şuşada Bakı Enerji Həftəsində İştirak Edib

AFchamber Üzv şirkətləri Şuşada Bakı Enerji Həftəsində İştirak Edib

Sharing is caring!

4 iyun 2002-ci il tarixində Şuşa şəhərində Bakı Enerji Həftəsi çərçivəsində “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusuna həsr olunan xüsusi tədbir keçirilib. Tədbirdə xarici təşkilatlar, o cümlədən Afchamber İdarə Heyətinin 2 üzvü, TotalEnergies-in İdarəedici Direktoru Regis Aqut və Alstom-un İcraçı Direktoru Elşən Zeynalov iştirak edib.

Energetika Naziri Pərviz Şahbazov öz açılış nitqində bu tədbirin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsindən qürur duyduğunu bildirib. Sessiyada bildirilib ki, genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun iqtisadi rayonları yaşıl enerji zonası konsepsiyasının həyata keçirilməsi üçün idealdır.

AFchamber 1-3 iyun 2022-ci il tarixlərində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində də iştirak etmişdir. Sərgi Baku Energy Gas həftəsi çərçivəsində keçirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.