AFchamber İnsan Resursları Komitəsi və Vergi, Hüquq, Maliyyə Komitəsi birgə tədbir keçirdi

AFchamber İnsan Resursları Komitəsi və Vergi, Hüquq, Maliyyə Komitəsi birgə tədbir keçirdi

Sharing is caring!

11 may 2022-ci il tarixində AFchamber-in İnsan Resursları Komitəsi və Vergi, Hüquq, Maliyyə Komitəsi birgə  “Distant iş və İnzibati Xətalar Məcəlləsinə əmək münasibətləri ilə bağlı dəyişikliklər” mövzusunda tədbir həyata keçirtdi.Tədbirdə  Ekvita” şirkətinin Hüquq  məsələləri üzrə meneceri Hüseyn Əliyev qonaq məruzəçi qismində iştirak etdi. Tədbir “İnsan Resursları və Əməyin Tənzimlənməsi” Komitəsinin sədri Samirə Nəcəfovanın açılış nitqi ilə başladı.

Tədbirin məqsədi Covid-19 pandemiyası zamanı və ondan sonrakı dövrdə distant iş və bu iş şəraitinin biznes mühitinə gətirdiyi imkanları müəyyən etmək və müzakirə etmək olub.

“Ekvita” şirkətinin Hüquq məsələri üzrə meneceri Hüseyn Əliyev distant işin həm işəgötürənlər, həm də işçilər üçün üstünlükləri və çatışmazlıqlarından və Azərbaycanda biznes üçün distant işin daimi xarakter almasından danışıb. Bundan başqa, əmək şəraitinin əmək məcəlləsi ilə necə tənzimlənməsi və əmək məcəlləsinin pozulması hallarında tətbiq edilməsi nəzərdə tutlan yeni mexanizmlər müzakirə olunub.

Tədbirdə üzv şirkətlərimizin həmçinin digər ictimai və beynəlxalq şirkətlərin İR və Hüquq sahəsi üzrə menecerləri və mütəxəssisləri fəal iştirak ediblər.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.