AFchamber İR Komitəsi “HR Legal Insights” seriyasının “Əmək Məcəlləsində son dəyişikliklər və aktual məsələlər” seminarını təşkil etdi.

AFchamber İR Komitəsi “HR Legal Insights” seriyasının “Əmək Məcəlləsində son dəyişikliklər və aktual məsələlər” seminarını təşkil etdi.

Sharing is caring!

9 fevral, 2024-cü il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (AFchamber) İnsan Resursları və Əməyin Tənzimlənməsi Komitəsi, Baker Tilly Azərbaycan şirkətinin İR üzrə direktoru və AFchamber İR Komitəsinin sədr müavini Təranə Qurbanovanın rəhbərliyi ilə HR Legal Insights seriyasının “Əmək Məcəlləsində son dəyişikliklər və aktual məsələlər” mövzusu üzrə seminar təşkil etdi.

Seminarın məqsədi qanunvericilikdəki dəyişikliklərin effektiv şəkildə istiqamətləndirilməsi üçün iştirakçılara praktiki məlumatların verilməsi idi.

Seminar Təranə Qurbanova Əmək Məcəlləsində son dəyişikliklər barədə iştirakçılara məlumatlandıracaq təqdimatla davam edib. Seminarda o, qanuna edilən son dəyişikliklərə və mühüm məsələlərə toxunub: *

  • Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətləri;
  • Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan olunan sahələrin siyahısı və tətbiqi Qərarına dəyişiklik;
  • Gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsinə yol verilməyən işçilər;
  • Əmək haqqının verilməsi müddətləri;

AFchamber fəal iştirakına və canlı müzakirələrə görə Təranə Qurbanova və bütün iştirakçılara minnətdarlığını bildirir.

İnteraktiv seminardan sonra sual-cavab sessiyası keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.