AFchamber RESM Jewelry-nin Tərəfdaşlığı ilə Netvörkinq Şam yeməyi təşkil etdi.
29 fevral, 2024-cü il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası “Four Seasons Hotel Baku”da yerli zərgərlik brendi RESM ilə birgə “Netvörkinq şam yeməyi” təşkil edib.
Tədbirdə Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon, İdarə Heyətinin üzvləri və üzv şirkətlərin rəhbərləri iştirak ediblər.
Tədbir AFchamber-ın İcraçı Direktoru Zibər Hüseynova və İdarə Heyətinin sədri Teybə Quliyevanın açılış nitqi ilə başlayıb.
Tədbir AFchamber-ın yeni üzvləri olan Four Seasons Hotel Baku və RESM Jewelry-nin təqdimatı və Azərbaycanın zərgərlik brendinin yeni “Əjdaha” kolleksiyasının təqdimatı ilə davam edib.
Four Seasons Hotel Baku-nun yeni təyin olunmuş baş meneceri Mahmud El Keiy çıxış etdi və RESM Jewelry-nin təsisçisi, Rasmina Qürbətova “Əjdaha” simvolunun Azərbaycan tarixindəki əhəmiyyətini vurğulayaraq yeni “Əjdaha” kolleksiyasının füsunkar tarixini bölüşdü.
AFchamber Netvörkinq şam yeməyi biznes imkanlarını müzakirə etmək üçün üzvləri və tərəfdaşları bir araya gətirən uğurlu tədbir oldu.