AFchamber Təhsil Komitəsi Üçüncü “Challenge the Executive” Tədbirini Həyata Keçirdi!
10 mart 2023-cü il tarixində AFchamber Təhsil Komitəsi Boston Consulting Group (BCG) Bakı ofisinin rəhbəri, idarəedici direktor və baş partnyor Kirill Tuişevin qonaq qismində iştirakı ilə tələbələr üçün “Challenge the Executive” tədbiri keçirdi.
Bu layihə AFchamber Təhsil Komitəsi tərəfindən Fransız-Azərbaycan Universiteti və ADA Universiteti ilə birgə təşkil olunub.
Tədbir moderator, ADA Universitetinin tələbəsi Fatimə Davudlunun salamlama çıxışı ilə başladı. O, həm tələbələr, həm də rəhbər işçilər üçün bu tədbir kimi məlumatlandırıcı tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı. Çünki sənaye liderlərindən fikirlər əldə etmək və liderlik rollarında uğur qazanmaq üçün zəruri olan əsas bacarıqları inkişaf etdirmək üçün bu tədbirlər unikal imkan yaradır.
Tədbir Kirill Tuişev və tələbələr arasında canlı müzakirə və sual-cavab sessiyası ilə davam edib.
Kirill Tuishev müxtəlif universitetlərdən gələn tələbələrlə öz fəaliyyət yolu haqqında danışdı və uğurlu karyera yolunu izləmək üçün tələb olunan bacarıqlar və biliklər haqqında dəyərli görüşlər təqdim etdi. O, onların karyera imkanları ilə bağlı suallarını cavablandıraraq, professional məqsədlərinə nail olmaq üçün yol xəritəsinin necə çəkilməsi barədə məsləhət göstərmişdir.