AFchamber Təhsil Komitəsi Universitetlərlə “Sənaye sektorunda zəruri bilik və bacarıqlar” mövzusunda açıq görüş keçirdi

AFchamber Təhsil Komitəsi Universitetlərlə “Sənaye sektorunda zəruri bilik və bacarıqlar” mövzusunda açıq görüş keçirdi

Sharing is caring!

11 noyabr 2021-ci il tarixində AFchamber Təhsil Komitəsi universitetlərlə “Sənaye sektorunda zəruri bilik və bacarıqlar” mövzusunda açıq görüş həyata keçirdi. Görüşün əsas məqsədini universitetlərin sənaye sektoru peşəkarlarının hazırlanması, həmçinin tələbələrin işlə təmin olunması prosesində üzləşdikləri başlıca çətinliklərin və maneələrin müəyyən edilməsi, eləcə də aradan qaldırılması yolunda atılacaq addımların müzakirəsi təşkil edirdi.

Palatanın Təhsil Komitəsinin sədr müavinləri, Lətifə Nəsibova və Elvin Qasımov tərəfindən moderasiya edilən bu tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Texniki Universiteti (AzTU), Bakı Mühəndislik Universiteti, ADA Universiteti və Xəzər Universitetinin dekanları, kafedra müdirləri, habelə karyera mərkəzlərinin əməkdaşları iştirak etdilər. Onlar təhsil müəssəsələrində sənaye sektoru üçün tam ixtisaslı və bacarıqlı mütəxəssislərin yetişdirilməsi üçün zəruri olan əsas fəaliyyət aspektlərinin müəyyənləşdirilməsi və tədqiqinə öz töhfələrinə verdilər. Bu sahədə təhsil prosesindəki mühüm yeniliklər, eləcə də boşluq və çatışmazlıqlar haqqında fikir mübadiləsi apardılar.

Onlar problemin həlli üçün gələcəkdə sənaye sektoru şirkətləri ilə əməkdaşlığın vacib olduğunu qeyd etdilər.

Azərbaycan-Fransa Ticarət Palatası bu mövzuda daha böyük tədbirlər həyata keçirməyi planlaşdırdığını bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.