AFchamber Vergi, Hüquq və Maliyyə Komitəsi Azərbaycan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Rəqabətin və dövlət satınalmalarının təkmilləşdirilməsi: tənzimləyici islahatlar” mövzusunda tədbir keçirilib.

AFchamber Vergi, Hüquq və Maliyyə Komitəsi Azərbaycan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Rəqabətin və dövlət satınalmalarının təkmilləşdirilməsi: tənzimləyici islahatlar” mövzusunda tədbir keçirilib.

Sharing is caring!

3 noyabr 2023-cü il tarixində AFchamber Vergi, Hüquq və Maliyyə Komitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə Palata üzvləri və Aİ şirkətləri üçün “Rəqabətin və dövlət satınalmalarının təkmilləşdirilməsi: tənzimləyici islahatlar” mövzusunda tədbir keçirmişdir.

Tədbirin əsas hissəsi 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək yeni dövlət satınalmaları haqqında qanuna həsr olunub.

Tədbir AFchamber-in icraçı direktoru Zibər Hüseynova və AFchamber vergi, hüquq və maliyyə komitəsinin sədri, EY-nin vergi direktoru Səbinə Xəlilovanın açılış nitqi ilə başlayıb.

Tədbirin birinci hissəsində Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov “Rəqabətin və dövlət satınalmalarının təkmilləşdirilməsi: tənzimləyici islahatlar” mövzusunda çıxış edib.

İkinci hissədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət Satınalmaları şöbəsinin müdiri Əhməd Həsənov biznes nümayəndələri ilə yeni qanunla bağlı seminar keçirib.

Tədbir mövzunun canlı müzakirəsi və sual-cavab sessiyası ilə davam edib.

Üzv şirkətlərimizə və Antiinhisar İstehlak Bazarına Nəzarət nümayəndələrinə dövlət-özəl tərəfdaşlığa verdiyi töhfəyə görə təşəkkür edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.