AFchamber Vergi, Hüquq Və Maliyyə Komitəsi tərəfindən Avropa İttifaqı şirkətləri və Dövlət Gömrük Komitəsinin Sədri, cənab Şahin Bağırov arasında görüş təşkil edilib.

AFchamber Vergi, Hüquq Və Maliyyə Komitəsi tərəfindən Avropa İttifaqı şirkətləri və Dövlət Gömrük Komitəsinin Sədri, cənab Şahin Bağırov arasında görüş təşkil edilib.

Sharing is caring!

18 aprel 2023-cü il tarixində Azərbaycan-Fransa Ticarət Palatasının (AFchamber) Vergi, Hüquq və Maliyyə Komitəsinin təşkilatçılığı ilə Avropa İttifaqı şirkətlərinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov ilə görüşü keçirilib.

Tədbirdə 70-dən çox şirkətin, İtaliya və Avstriya Palatalarının, Polşa və Fransa Səfirliklərinin nümayəndələri və Avropa İttifaqı Nümayəndəliyinin diplomatları iştirak edib.

Görüşün keçirilməsində əsas məqsəd gömrük sahəsində olan islahatlar və son yeniliklər haqqında məlumat almaq və eyni zamanda görüşə dəvət olunmuş şirkətlərin suallarının cavablandırılması idi.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Komitənin qarşısında olan strateji hədəflər, tamamlanmış və planlaşdırılan layihələr haqqında tədbir iştirakçılarına məlumat verib, onların suallarını cavablandırıb və tövsiyə və iradlarını dinləyib.

Şahin Bağırov həmçinin öz çıxışında Dövlət Gömrük Komitəsinin əlçatan və əlverişli gömrük xidmətləri, optimal gömrük inzibatçılığı, əlverişli xarici ticarət əlaqaləri, təhlükəsiz və asan ticarət və peşəkar kadr potensialı kimi missiyalarından söz açıb.

Tədbir AFchamber-in idarəedici direktoru Zibər Hüseynovanın açılış nitqi ilə başlayıb. Zibər Hüseynova öz nitqində Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova görüş üçün təşəkkürünü bildirirək qeyd edib ki, Avropa şirkətləri ilə Dövlət Gömrük Komitəsinin münasibətləti son illərdə Aİ – Azərbaycan Biznes Forum platformasında inkişaf etmişdir. Şirkətlərin dövlət qurumları ilə davamlı dialoqu biznes mühitinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir.

Tədbir EY Azərbaycanın Vergi və Hüquq Məsələləri üzrə Partnyoru Arzu Hacıyeva moderatorlugu ilə davam edib.

Özəl sektor gömrük siyasətində baş verən dəyişikləri müsbət dəyərləndirmiş və eyni zamanda perspektivdə olan yeniliklər və islahatlar çərçivəsində aktiv əməkdaşlıq göstərməyə hazır olduqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.