Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası İllik Ümumi Yığıncağını Keçirdi.

27 oktyabr 2023-cü ildə Azərbaycan – Fransa Ticarət və Sənaye Palatası illik Ümumi Yığıncağını keçirdi. Tədbirdə Fransanın Azərbaycandakı səfiri, xanım Ann Buayon və üzv şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbir AFchamber-in idarəedici direktoru Zibar Hüseynovanın açılış nitqi ilə başlayıb və “Dentons” şirkətinin Bakı ofisinin Ortağı və İdarəedici Məsul Şəxsi, AFchamber İdarə Heyətinin üzvü Ülviyyə Zeynalova-Boçkin sədrlik edib.
Ümumi yığıncağın gündəliyində AFchamber-in İdarə Heyəti üzvlərinin seçilməsi yer alırdı. Üzv şirkətlərin nümayəndələri AFchamber-in İdarə Heyətinə 8 üzv seçdilər:
– Arzu Hacıyeva, Vergi və Hüquq Tərəfdaşı / EY Azərbaycan
– Elşən Zeynalov, Regional Direktor / Alstom Transport Azərbaycan
– Emmanuel de Guillebon, Ölkə Direktoru / TotalEnergies
– Emin Bağırov, Regional Menecer / Steelcase
– Hassan Aouil, İcraçı Direktor / Sigma Technical Services
– Tatyana Mikayilova, Təsisçi / Tam Advisory
– Teybə Quliyeva, Regional Nümayəndə / Societe Generale
– Zöhrab Qədirov, İcraçı Direktorunun Müavini/ AZPROMO
Teybə Quliyeva AFchamber-in İdarə Heyətinin sədri seçildi.
Ümumi yığıncaq netvorkinq sessiyası ilə davam etdi.