Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının Ümumi Yığıncağı baş tutdu

Azərbaycan-Fransa Ticarət və Sənaye  Palatasının Ümumi Yığıncağı baş tutdu

Sharing is caring!

4 dekabr 2019-cu il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası üzv şirkəti olan ASPI AGRO şirkətinin dəstəyi ilə Ümumi Yığıncaq təşkil etdi. İclasda üzv şirkətlərin nümayəndələri iştirak etdilər.

Tədbir Palatanın İdarə Heyətinin sədri xanım Teybə Quliyevanın açılış nitqi ilə başladı. O, bütün iştirakçıları salamladı və Ümumi Yığıncaq Sədrliyinə namizəd irəli sürdü. “Ekvita” şirkətinin təsisçisi və direktoru, eləcə də Palatanın İdarə Heyətinin üzvü cənab İlqar Mehti Ümumi Yığıncağın sədri seçildi.

Ümumi Yığıncaqda bir neçə məsələ müzakirə edildi. Üzv şirkətlərin nümayəndələri tərəfindən Palatanın İdarəedici direktoru vəzifəsinə xanım Zibər Hüseynovanın namizədliyi təsdiqləndi və Palatanın İdarə Heyətinə iki yeni üzv – “Total” şirkətinin İcraçı direktoru və Azərbaycan üzrə təmsilçisi cənab Regis Agut və “Red Communications” şirkətinin direktoru xanım Tatyana Mikayılova seçildi. Bundan əlavə, Palatanın davranış qaydaları və Komitələrin yaradılması qaydaları nümayəndələr tərəfindən təsdiqləndi.

Tədbir Yeni il şənliyi ilə davam etdi.

Qeyd edək ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycan Respublikası və Fransa Respublikası arasında qarşılıqlı iqtisadi və dostluq əlaqələrinin inkişafına kömək etməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.