Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Dövlət Gömrük Komitəsi ilə biznes görüş həyata keçirdi
25 noyabr 2019-cu ildə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Dövlət Gömrük Komitəsi ilə “Gömrük islahatları: sahibkarlarla əməkdaşlıq və perspektivlər” mövzusundaaylıq işgüzar görüş təşkil etmişdir.
Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyev, Fransanın Azərbaycandakı səfiri cənab Zacharie Gross, Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri cənab Kestutis Jankauskas, sədr müavinləri və Komitənin bölmə rəhbərləri, həmçinin Palataya üzv şirkətlərin direktorları və menecerləri iştirak etmişdir.
Tədbir Palatanın İdarəedici Direktoru xanım Zibər Hüseynovanın açılış nitqi ilə başladı, ardınca çıxış üçün səfirləri dəvət etdi. Daha sonra İdarə Heyətinin sədri xanım Teybə Quliyeva qonaqları salamladı və fəxri qonaqlara iştirakları üçün minnətdarlığını bildirdi.
Açılış nitqindən sonra tədbirdə qonaq məruzəçi qismində iştirak edən cənab sədr Səfər Mehdiyev gömrük sahəsində məmur və sahibkarlar arasında əlaqələrin minimuma endirilməsi, Komitə idarəetməsinin modernləşdirilməsi, Yaşıl Dəhliz sistemi və innovativ texnologiyaların tətbiqi və s. kimi yeni islahatlar barədə ətraflı məlumat verdi. Cənab sədr gömrük rəsmiləşdirilməsinin tam avtomatlaşdırılması Komitənin əsas məqsədlərindən biri olduğunu vurğuladı və bu səbəbdən informasiya texnologiyalarının tətbiqi və blockchain texnologiyalarından istifadə səylərini artırdıqlarını qeyd etdi.
Cənab Mehdiyev təqdimatı auditoriyanı maraqlandıran sualları cavablandıraraq yekunlaşdırdı.
Biznes görüş əyani tanışlıq sessiyası ilə davam etdi.