CCIAF-in KOBİA ilə görüşü həyata keçirildi
6 fevral 2020-ci il tarixində CCIAF-in İdarə Heyəti üzvləri və İdarəedici Direktoru ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA-nın) sədr və nümayəndələri arasında görüş keçirildi.
Agentliyin İdarə Heyətinin sədri cənab Orxan Məmmədov qonaqlara Agentliyin fəaliyyəti və planları barədə məlumat verdi. O, Kiçik və Orta Biznesin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğuladı və Agentliyin MEDEF ilə əməkdaşlığı, eləcə də gələcək beynəlxalq əməkdaşlıq perspektivləri haqqında danışdı.
Görüşdə, tərəflər sahibkarların bilik və bacarıqlarının artırlması, birgə proqramların və forumun təşkili, dövlət-özəl sektor arasında münasibətlərin gücləndirilməsi sahəsində CCIAF və Agentlik arasında gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdilər.