CCIAF “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisi təşkil etdi
6 mart 2018-ci il tarixində CCIAF 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə istedadlı qadınların əl işlərindən ibarət “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisi təşkil etmişdir. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək olmaq, qadın əl işlərini tanıtmaq və təşviq etməkdən ibarətdir. Sərgidə 70-ə yaxın qadın sahibkarın müxtəlif əl işləri – suvenirlər, zərgərlik əşyaları, rəsm əsərləri, toxuculuq nümunələri, oyuncaqlar, məişət əşyaları və s. nümayiş edilmiş və onların satışı həyata keçirilmişdir.
CCIAF-in üzv şirkətlərindən, onun əməkdaşlıq etdiyi qurumlardan nümayəndələr, Fransanın Azərbaycandakı Səfirliyinin əməkdaşları sərgidə iştirak etmiş, nümayiş olunan əl işləri ilə yaxından tanış olmuşlar.
Pullman Bakı oteli və Bakcell şirkəti tədbirin sponsorları olaraq qadın sahibkarlara xüsusi diqqət ayırmaqla bütövlükdə qadın məşğulluğunun artırılmasına və sahibkarlıq fəaliyyətinin inkişafına öz töhfələrini vermişlər.
Sərgi qadın sahibkarların şərəfinə verilmiş kokteyl ilə davam etmişdir.