CCIAF KOBİA-nın tərəfdaşlığı ilə “Post-COVID-19: KOB-ların fəaliyyətinin bərpasına dəstək” adlı onlayn konfrans təşkil edir

CCIAF  KOBİA-nın tərəfdaşlığı ilə “Post-COVID-19: KOB-ların fəaliyyətinin bərpasına dəstək” adlı onlayn konfrans təşkil edir

Sharing is caring!

30 iyun – 2 iyul tarixlərində CCIAF  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə “Post-COVID-19: KOB-ların fəaliyyətinin bərpasına dəstək” adlı onlayn konfrans təşkil edir. Tədbirin məqsədi müxtəlif strategiya və mexanizmlər barədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri məlumatlandırmaqla pandemiyadan zərər çəkmiş biznes sektorlarına dəstək olmaqdır.

30 iyun / 10:00 – 12:00 – Konfransın açılış günü

Açılış günündə aşağıda adları qeyd olunan rəsmi qonaqlar iştirak edərək KOB-ların fəaliyyəti ilə bağlı hökumət və beynəlxalq təşkilatların proqram və tədbirləri barədə məlumat verəcək

  • Orxan Məmmədov, KOBİA-nın sədri
  • Zacharie Gross, Fransanın Azərbaycandakı səfiri
  • Rəhman Mustafayev, Azərbaycanın Fransadakı səfiri 
  • Kestutis Jankauskas, Aİ Nümayəndəliyinin Azərbaycandakı rəhbəri
  • Ivana Duarte, Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı ofisinin rəhbəri
  • Alessandro Fracassetti, BMT İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsi
  • Geraldine Lembe, MEDEF International-ın direktor müavini

Açılış sessiyası üçün qeydiyyat 

Sessiyanın işçi dili: İngilis dili


1 – 2 iyulKOB-lar üçün seminar

İki gün ərzində CCIAF-in üzvü olan Baker Tilly, Deloitte, Ekvita, EY Azərbaycan və PwC şirkətlərinin ekspertləri turizm, kənd təsərrüfatı və qadın sahibkarlığı istiqamətlərində KOB-lara özünü bərpa mexanizmləri, post-pandemiya dövrü üçün biznes sektorunun bərpası istiqamətində hazırladıqları proqramlarla bağlı seminarlar həyata keçirəcəklər.

Seminarlar üçün qeydiyyat 

Qeyd: Qeydiyyat forumunda hər bir gün üzrə mövzu və seminarlar göstərilib və maraqlı olduğunuz seminarları qeyd edərək iştirak edə bilərsiniz.

Seminarların işçi dili: Azərbaycan dili

  • Konfrans bütün KOB-lar üçün açıqdır.
  • Hər bir şəxs konfansda iştirak etmək üçün qeydiyyatdan keçməlidir.
  • Konfransda iştirak pulsuzdur.
  • Yalnız qeydiyyatdan keçmiş şəxslər konfransa qoşulma linki alacaq.

Qeydiyyatlar üçün son tarix: 28 iyun 2020

Yeniliklər barədə məlumat üçün bizi aşağıdakı platformalardan izləyin:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.