CCIAF MEDEF Biznes nümayəndə heyəti üçün görüş təşkil etdi
10 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi cənab Vüsal Şıxəliyev MEDEF Biznes nümayəndə heyəti ilə görüşmüşdür. Görüş zamanı nümayəndələrə Azərbaycanda iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, Biznes mühiti və Beynəlxalq reytinq üzrə Komissiyanın veb saytının yaradılması, ölkədə sahibkarlığın inkişafı barədə məlumat verildi.
Daha sonar CCIAF-in İdarə Heyətinin üzvü və Ekvita şirkətinin direktoru cənab İlqar Mehti yerli biznesin inkişafı proqramının icrasının hüquqi tələbləri barədə məlumat verdi. Hüquqi tələblərin vaxt keçdikcə dəyişdiyini və Ekvita-nın biznesin inkişafı proqramı üçün yenilikləri izləyərək müasir standartları tətbiq etdiyini qeyd etdi.
Görüş MEDEF Biznes nümayəndə heyəti tərəfindən səsləndirilən sualların cavablandırılması ilə yekunlaşıb.