CCIAF Vergi, Hüquq və Maliyyə Komitəsinin ilk görüşü baş tutdu

CCIAF Vergi, Hüquq və Maliyyə Komitəsinin ilk görüşü baş tutdu

Sharing is caring!

11 mart 2020-ci il tarixində CCIAF Vergi, Hüquq və Maliyyə Komitəsinin ilkin görüşü keçirildi. Görüş ictimaiyyət üçün açıq idi və müxtəlif şirkət direktorları və nümayəndələri tədbirdə iştirak etdilər.

Komitə sədri Arzu Hacıyeva iştirakçıları salamladı və onlara Komitənin missiyası, fəaliyyət planı haqqında məlumat verdi və iclasın gündəliyini təqdim etdi:

– Tibbi sığorta;

– Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı – tövsiyə və fəaliyyətimiz;

– Miqrasiya sahəsində son yeniliklər barədə məlumat.

Gündəliyə uyğun olaraq, Komitə sədri icbari tibbi sığorta haqqında qanun, onun tətbiq edilməsi qaydaları barədə qonaqlara məlumat verdi. Ardınca, Komitənin sədr müavini Nazim Hacıyev Azərbaycanda qiymətli kağızlar bazarı, yerli bankçılıq haqqında danışdı və Komitənin investisiya fondları ilə bağlı qanunvericiliyin yenilənməsi üzərində işləməli olduğunu vurğuladı. Daha sonra, Komitənin sədr müavini Şərəf Əsgərova Azərbaycan Miqrasiya Məcəlləsinə edilən son dəyişiklikləri, viza rejimindəki yenilikləri qeyd etdi və viza prosedurundakı detalları izah etdi.

Görüş ərzində iştirakçılar aktiv müzakirəyə qoşularaq mövzularla bağlı öz rəylərini bildirib, suallar ünvanladılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.