CCIAF YAŞAT Fonduna ianə edib
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) Vətən müharibəsində yaralanmış qazilər və şəhid ailələrinə dəstək üçün YAŞAT Fonduna ianə edib.
CCIAF müharibədə şəhid olan hərbçilərin və mülki şəxslərin ailələrinə başsağlığı verir və bütün yaralı əsgər və zabitlərə şəfa diləyir.
YAŞAT Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmışdır.