Fransanın Azərbaycandakı Səfirliyi “Make it iconic: Fransanı seçin” kampaniyası münasibətilə tədbir təşkil edib.
23 noyabr 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfirliyi “Make it iconic: Fransanı seçin” kampaniyası münasibətilə tədbir təşkil etmişdir.
Tədbirə AFchamber üzv şirkətlərin nümayəndələri və Azərbaycandakı Səfirliyin iqtisadi və mədəni tərəfdaşları dəvət olunub.
Tədbir Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayonun açılış nitqi ilə başlayıb. “Make it iconic” kampaniyası bütün dünyada investorları və istedadları Fransaya gəlib öz səylərini davam etdirməyə təşviq etmək məqsədi daşıyır.
Uğurlu tədbirə görə Fransa səfirliyinə dərin minnətdarlığımızı bildirmək istərdik.