Xanım Aurelia Bouchez şərəfinə vida mərasimi

Xanım Aurelia Bouchez şərəfinə vida mərasimi

Sharing is caring!

3 sentyabr 2019-cu ildə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası İdarə Heyətinin üzvü olan Total şirkətinin dəstəyi ilə Landmark hoteldə Fransanın Azərbaycandakı səfiri xanım Aurelia Bouchez şərəfinə vida mərasimi təşkil etdi. Tədbirdə Fransa səfirliyinin nümayəndələri, Palatannın üzvü olan yerli, beynəlxalq və fransız şirkətlərinin rəhbərləri və menecerləri iştirak etdilər.

Tədbir Palatanın İdarəedici direktoru xanım Nərminə Səfərovanın çıxışı ilə başladı. O, qonaqları salamladı və səfirə Palatanın fəaliyyətinə, həmçinin Azərbaycan ilə Fransa arasında işgüzar əlaqələrin inkişafına verdiyi töfhələrə görə təşəkkürünü bildirdi. Açılış nitqindən sonra xanım Aurelia Bouchez ikitərəfli münasibətlərin iqtisadi, kənd təsərrüfatı, enerji və mədəniyyət sahələrində uğurla inkişafından məmnunluğunu ifadə etdi və Palatanın iki ölkə arasında iqtisadi əlaqələrin inkişafındakı rolunu vurğuladı.

Ardınca Palatanın sədri xanım Teyba Quliyeva və “Total E&P Azerbaijan” şirkətinin İcraçı direktoru Denis Lemarchal səfirə dəstəyinə görə minnətdarlıqlarını bildirdilər və gələcək işlərində uğurlar arzuladılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.