29 oktyabr 2022-ci il tarixində AFchamber Təhsil Komitəsi ilk “Challenge the Executive” adlı tədbirinə start verdi

29 oktyabr 2022-ci il tarixində AFchamber Təhsil Komitəsi ilk “Challenge the Executive” adlı tədbirinə start verdi. Tədbirdə qonaq qismində Azərbaycan-Fransa Ticarət Palatasının sədri, Societe General Corporate & Investment Banking-in regional nümayəndəsi Teybə Quliyeva iştirak edib.
Tədbirin məqsədi bütün universitetlərdən olan tələbələrin müxtəlif suallarına rəhbər nöqteyi-nəzərdən cavab almaq üçün eksklüziv şans verməkdir. Tədbirlər zamanı qarşılıqlı əlaqə tələbələrə fərqli baxışları anlamağa, motivasiya qazanmağa və liderlik layihələrinə diqqət yetirməyə kömək edə bilər.
Tədbir, Azərbaycan-Fransız Universitetinin (UFAZ) direktoru Vazeh Əsgərov və Təhsil Komitəsinin sədr müavini Lətifə Nəsibovanın açılış nitqi ilə başlayıb və bu zaman maarifləndirici tədbirlərin tələbələr üçün əhəmiyyəti barədə qısa məlumat verilib. Daha sonra qonaq Teybə Quliyevaya maraqlı suallar ünvanlamaq üçün söz tələbələrə verildi.
Tədbir, Teybə Quliyeva və tələbələr arasındakı qızğın müzakirəsi və sual-cavab sessiyası ilə davam edib. O, karyera yolu ilə bağlı uğurlu və dəyərli təcrübəsini, həmçinin öz sahəsində qarşılaşdığı çətinlikləri bölüşüb və oxşar karyera qurmaq istəyənlər üçün önəmli məsləhətlər verib.