AFchamber Təhsil Komitəsi ilk daxili iclasını keçirdi
12 iyun 2021-ci ildə AFchamber Təhsil Komitəsi ilk daxili iclasını keçirdi.
Görüşdə biznes ictimaiyyətinin, universitetlərin və təhsil müəssisələrinin nümayəndələri iştirak etdilər.
Əvvəlcə AFchamber Təhsil Komitəsi, Komitənin təqdimatını, gələcək fəaliyyət planını iştirakçılar ilə bölüşdü. Qısa təqdimatdan sonra iştirakçılar təhsil sisteminin ehtiyacları barədə müzakirə edib təkliflərini bölüşdülər və Komitənin fəaliyyət planına dair əlavələrini bildirdilər.
AFchamber bütün iştirakçılara çox fəal iştirak üçün təşəkkür edir.