Vergi, Hüquq və Maliyyə Komitəsinin görüşü
16 İyun 2021 -ci il tarixd’ AFchamber Vergi, Hüquq və Maliyyə Komitəsi Komitə üzvləri ilə görüş keçirdi. Görüşdə yerli və beynəlxalq şirkətlərin nümayəndələri iştirak etdi. Komitə sədri Arzu Hacıyeva, sədr müavinləri – Şərəf Əsgərova və Nazim Hacıyev iştirakçılara hüquq və bank sektoru ilə bağlı yeniliklər barədə məlumat verdi.
Arzu Hacıyeva və Şərəf Əsgərova Əmək Məcəlləsindəki mühüm dəyişikliklərdən – xidməti müqavilələrin əmək müqaviləsinə keçməsi və bu dəyişikliklərin bizneslərə təsirləri barədə danışdı. Yuxarıdakı dəyişikliklərə dair müəyyən edilmiş cərimələr və vergi nəticələri ilə bağlı müzakirələr apardılar, eləcə də Satınalmalar haqqında Qanun ilə bağlı yenilikləri iştirakçılarla paylaşdılar. Nazim Hacıyev Azərbaycan bank sektorunda USD müxbir banklarının statusu və Azərbaycanda investisiya fondları haqqında qanunun yeni versiyasının hazırlanması ilə bağlı ətraflı məlumatı paylaşdı.
Görüş sual-cavab sessiyası ilə davam etdi.