“İş yerlərində Gender Müxtəlifliyi” Proqramı çərçivəsində ilk biznes görüş

“İş yerlərində Gender Müxtəlifliyi” Proqramı çərçivəsində ilk biznes görüş

Sharing is caring!

AFchamber Qadın Professionallar Komitəsi, “İş yerlərində Gender Müxtəlifliyi” Proqramı çərçivəsində ilk biznes görüşünü keçirdi. Proqramda təmsil olunan şirkətlərin nümayəndələri (Schlumberger, TotalEnergies, PwC Azərbaycan, EKVITA, Mega Insurance) görüşdə iştirak etdilər.

Schlumberger şirkətinin İnsan Resursları üzrə Meneceri Səbinə Tağıyeva iştirakçılara Schlumberger-nin gender balansının mövcud olduğu iş mühitinin inkişafına dair ən yaxşı strategiya və təcrübələri barədə məlumat verdi.

Görüş Proqramda təmsil olunan şirkətlər nümayəndələrinin öz təcrübələrinə əsaslanaraq irəli sürdüyü ideya və təkliflərin müzakirəsi ilə davam etdi.

“İş yerlərində gender müxtəlifliyi” proqramı şirkətlərə rəhbərlik vəzifələrindəki qadınların nisbətini artırmaqda kömək etmək, müəssisə sahiblərini cinsi müxtəlifliyi biznesə strateji prioritet kimi daxil etməyə təşviq etmək və şirkətə çevrilməni həyata keçirmək məqsədi daşıyırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.