AFchamber illik Ümumi Yığıncağını keçirdi
18 iyun 2021-ci ildə AFchamber illik Ümumi Yığıncağını keçirdi. Tədbirə üzv şirkətlərin nümayəndələri qatıldı.
Tədbir İdarə Heyətinin sədri xanım Teyba Quliyevanın açılış nitqi ilə başladı. O, bütün iştirakçıları salamladı və Ümumi Yığıncaq sədrliyinə namizəd təklif etdi. AFchamber-in İcraçı Direktoru Zibər Hüseynova Ümumi Yığıncağın sədri seçildi.
Ümumi yığıncağın gündəliyində AFchamber-in İdarə Heyəti üzvlərinin seçilməsi yer alırdı. Üzv şirkətlərin nümayəndələri AFchamber-in İdarə Heyətinə 9 üzv seçdilər:
– Arzu Hacıyeva, Vergi və Hüquq Tərəfdaşı / EY Azərbaycan
– Elşən Zeynalov, Regional Direktor / Alstom Transport Azərbaycan
– Hassan Aouil, İcraçı Direktor / Sigma Technical Services
– İlqar Mehti, Direktor / Ekvita
– Regis Agut, Ölkə üzrə rəhbər / Totalenergies
– Tatyana Mikayilova, İdarəedici Partnyor / RED Communications
– Teybə Quliyeva, Regional Nümayəndə / Societe Generale
– Ülvi Mansurov, İcraçı Direktor / Azərbaycan İnvestisiya Şirkəti
– Yusif Abdullayev, Prezident vəzifəsini icra edən / AZPROMO
Ardınca İdarə Heyətinin sədrliyinə seçkilər keçirildi və Teybə Quliyeva AFchamber-in İdarə Heyətinin sədri seçildi.
Ümumi yığıncaq netvorkinq sessiyası ilə davam etdi.