AFchamber Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd A. Abbasbəyli İlə aylıq İşgüzar görüş keçirib
14 dekabr 2021-ci il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber) Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini cənab Məmməd A. Abbasbəyli ilə “Azərbyancanda Rəqabətin tənzimlənməsi: alətlər və prioretlər” mövzusunda aylıq işgüzar görüş keçirilmişdir.
Tədbirin keçirilməsində məqsəd biznes mühitinin yaxşılaşdırılması üçün dövlət və özəl sektor arasında effektiv əməkdaşlığı artırmaq, o cümlədən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin həyata keçirdiyi tədbirlər və gələcək proqramlar barədə biznes ictimaiyyətinə ətraflı məlumat vermək olmuşdur.
Tədbir Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun salamlama nitqi və Palatanın İdarəedici direktoru Zibar Hüseynova ilə Palatanın İdarə Heyətinin sədri olan Teybə Quliyevanın açılış nitqi ilə başlayıb.
Məmməd A. Abbasbəyli “Azərbaycanda rəqabətin tənzimlənməsi: alətlər və prioritetlər” mövzusunda geniş və məlumatlandırıcı təqdimatla çıxış edərək institusional islahatların, nəticəyönümlü tənzimləmə nəzarətinin, rəqəmsallaşma yolu ilə innovasiyaların, birbaşa dövlətin iştirakı ilə bazarlarda rəqabət neytrallığının gücləndirilməsinin vacibliyini vurğulayıb. Ölkədə ədalətli, azad və rəqabətli biznes mühitini təmin etmək üçün yeni üçün yeni alətlərdən və proqramlardan istifadə olunduğunu qeyd edib.
Cənab Məmməd Abbasbəyli “Dövlət satınalmaları haqqında qanun” və “Rəqabət Məcəlləsi”nin təkmilləşdirilmiş layihələri haqqında ən son məlumatları və yenilikləri bölüşüb. O bildirib ki, qısa müddət ərzində Rəqabət Məcəlləsinin hökümətə təqdim olunacağı gözlənilir. Həmçinin dövlət satınalmalarında səmərəlilik və şəffaflığı təmin edən “Dövlət satınalmaları haqqında” yeni Qanunun layihəsi hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunduğunu iştirakçılarla bölüşüb.
Görüşün sonunda hər iki tərəf də gələcək layihələrin formalaşdırılmasında, mövcud problemlərin araşdırılmasında birbaşa məlumatların əldə edilməsi üçün biznes ictimaiyyətinin nümayəndələri ilə belə görüşlərin, aparılan müzakirələrin əhəmiyyətini qeyd edib.
Tədbir biznes nümayəndələrinin suallarının cavablandırılması və netvörkinq mərasimi ilə davam edib.