AFchamber HR Akademiyası II uğurla başa çatdı

AFchamber HR Akademiyası II uğurla başa çatdı

Sharing is caring!

8 yanvar 2022-ci il tarixində  HR Akademiyasının təlimçilərinin, iştirakçılarının və ilk proqramın məzunlarının iştirakı ilə AFchamber HR Akademiyası II-nin bağlanış mərasimini keçirdi.

Mərasim AFchamber-in icraçı direktoru Zibar Hüseynovanın açılış nitqi ilə başladı. O, İnsan Resursları üzrə mütəxəssislərin biznesin idarə edilməsindəki əhımiyyətli rolunu vurğulayaraq AFchamber HR Akademiyası II-nin gənc mütəxəssislərin hazırlanması üçün verdiyi töhfələrdən danışdı.

AFchamber-nin İR Komitəsinin sədri Samirə Nəcəfova artıq ikincisi keçirilən AFchamber HR Akademiyası- -2 aylıq proqram çərçivəsində görülən işlər haqqında ümumi məlumat verib və Proqramın inkişafına, həmçinin gənc İR mütəxəssislərin yetişdirilməsində və inkişafındakı dəyərli fəaliyyətlərinə görə bütün təlimçilərə təşəkkür edib. Proqram iştirakçıları da bildirdilər ki, AFchamber HR Akademiyası onların karyera yollarını istiqamətləndirmək üçün çox faydalı və məlumatlandırıcı bir təcrübə kimi yadda qaldı. Təlimçilər də öz növbələrində HR Akademiyasının gənc mütəxəssislərə İR idarəçiliyinin əsaslarını öyrətmək üçün əhəmiyyətli bir təlim proqramı olduğunu vurğuladılar.

Bağlanış mərasimi iştirakçılara və təlimçilərə sertifikatların və mükafatların təqdim edilməsi ilə davam etdi.

AFchamber HR Akademiyası II gənc kadrlar üzrə mütəxəssislər və məzunlar üçün AF Palata HR Komitəsinin təşəbbüsü ilə həyata keçirilən 2 aylıq proqramdır. Proqramın məqsədi gənc HR mütəxəssislərinə və tələbələrə öz bacarıq və biliklərini praktiki şəkildə təkmilləşdirmək, əmək bazarına hazır olmaq üçün təlim kursları keçirməkdən ibarətdir.

Biz tərəfdaş şirkətlərimizə – Alstom Transport Azerbaijan, Baker Tilly Azerbaijan, Bank Respublika, Ekvita, Deloitte Azerbaijan, Ibis Hotel Baku, People Pro, PwC Azerbaijan, Opalus Partners Group-a təşəkkürümüzü bildiririk.

Təlimçilərimizə, iştirakçılarımıza və AFchamber HR Akademiyasının yaranmasına töhfə verən hər kəsə təşəkkür edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.