AFchamber Illik Ümumi Yığıncağını Keçirdi
10 fevral 2022-ci ildə AFchamber rəsmi distributoru Master Blend olan Hennessy-nin tərəfdaşlığı ilə illik Ümumi Yığıncağını keçirdi. Tədbirə üzv şirkətlərin nümayəndələri qatıldı. Tədbir İdarə Heyətinin sədri xanım Teyba Quliyevanın və Tədbir Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun açılış nitqi ilə başladı. Onlar bütün iştirakçıları salamladılar və Palatanın builki fəaliyyəti barədə qısa məlumat verdilər.
İdarəedici direktor Zibar Hüseynova AFchamber-ə yeni qoşulan şirkətlərin nümayəndələrinə- “Azər-Maya” QSC-dən Rüfət Məmmədov, NESS Co. LTD-dən Mahru Norton, “Prosol” QSC-dən Babək Ağayev, “İbis Baku City Hotel”dən Nisə Mütəllimova, Ülviyyə Zeynalovanı Dentons Europe (Central Asia) Limited şirkətindən Ülviyyə Bockin Zeynalovaya- üzvlük sertifikatı təqdim etdi. Yeni üzv şirkətlərin nümayəndələri auditoriyanı öz fəaliyyətləri ilə tanış etdi.
Zibər Hüseynova çıxışında Palatanın büdcə hesabatı, illik tədbirləri, İşçi Komitələrinin həyata keçirdiyi proqramlar, eləcə də Palata tərəfindən planlaşdırılan yeni layihələr haqqında üzvlərə detallı məlumat verdi. Həmçinin bütün Komitələrin Sədrləri şirkətləri komitələrin fəaliyyəti barədə məlumatlandırdılar.
Üzv çirkətlərin nümayəndələri iclasın gündəliyində duran aşağıdakı məsələləri yekdilliklə təsdiq etdilər:
– Büdcə Planı 2022.
– İllik Tədbir Hesabatı 2021.
– Zibar Hüseynovanın növbəti iki il üçün idarəedici direktor mandatı
Ümumi yığıncaq netvorkinq sessiyası ilə davam etdi.