“AFchamber HR Akademiyası” proqramı üçün müraciətlərin qəbulu başladı!
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber) HR və Əməyin Tənzimlənməsi Komitəsi “AFchamber HR Akademiyası” proqramını təqdim edir. “AFchamber HR Akademiyası” proqramı kiçik HR mütəxəssislərinə və tələbələrə bacarıq və biliklərini praktik vasitələrlə inkişaf etdirməyə, əmək bazarına hazır olmağa kömək edəcək təlim kursları təqdim etməyi hədəfləyir.
Proqram təlimçiləri Alstom Transport Azərbaycan, Baker Tilly Azərbaycan, Ekvita, Hyatt Regency Bakı, People Pro, PwC Azərbaycan şirkətlərinin HR direktorları və menecerləri olacaq.
AFchamber HR və Əməyin Tənzimlənmə Komitəsi 2020-ci ildə yaradılıb. Komitənin əsas məqsədi insan resursları məsələlərinə daha çox diqqət ayırmaq, birlikdə problemlər və çətinlikləri bölüşmək, ən yaxşı təcrübələri öyrənməklə birgə həll yolları tapmaqla bir platforma yaratmaqdır.
Proqramda kim iştirak edə bilər:
- Sonuncu kurs bakalavr tələbələri,
- Magistratura tələbələri və ya məzunlar,
- Gənc HR mütəxəssislər (1-3 illik təcrübə)
Tələblər:
– Biznes İdarəetməsi, Humanitar Elmlər, Menecment və ya digər uyğun sahələrdə magistr və ya bakalavr dərəcəsi
– Azərbaycan və İngilis dili biliyi
Siz proqramdan nə əldə edəcəksiniz:
- Əmək bazarında HR idarəetmə tələblərinə cavab verən praktiki və nəzəri biliklər;
- Qlobal HR idarəetmə siyasətləri;
- HR hesabatlarının hazırlanması və HR proseslərinin monitorinqi;
- E-gov onlayn platformasında insan resursları ilə əlaqəli xidmətlərdən istifadə qaydaları;
- Effektiv işə qəbul və seçim proseslərinin əsas elementləri;
- Əmək Məcəlləsinə əsasən işçilərlə münasibətlərin idarə edilməsi;
- Aparıcı şirkətlərdə təcrübə imkanı – Proqramın sonunda iştirakçılar imtahan verəcək və imtahandan uğurla keçən tələbələr təcrübə imkanı əldə edəcək.
Ödəniş: Pulsuz
Müddət: 2 ay (Seminarlar şənbə günləri günün ilk yarısında fiziki formatda keçiriləcək)
Proqramın başlama tarixi: May ayının əvvəlləri
İşçi dil: Azərbaycan və ingilis dili
Müraciət üçün son tarix: 26 Aprel 2021, 18:00
Proqramda iştirak etmək istəyirsinizsə, linkə klikləyərək müraciət edin.
Yalnız intervyu mərhələsi üçün seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.