AFchamber İnsan Resursları Komitəsi “Sənaye sektorunda zəruri bacarıqlar” mövzusunda açıq görüş keçirdi
29 oktyabr 2021-ci il tarixində Azərbaycan-Fransa Ticarət Palatası İnsan Resursları Komitəsi “Sənaye sektorunda zəruri bacarıqlar” mövzusunda açıq görüş həyata keçirdi.
Görüşün əsas məqsədini sənayə sektorundakı şirkətlərin yeni məzun olmuş gənclərin işə qəbulu prosesi zamanı üzləşdikləri başlıca çətinliklərin və maneələrin müəyyən olunması, onların aradan qaldırılması yoluda atılacaq addımların təyini və müzakirəsi təşkil edirdi. Palatanın İnsan Resursları Komitəsinin sədri Samirə Nəcəfovanın moderatorluğunu etdiyi bu görüşdə “Alstom”, Azərbaycan Dəmir Yolları QSC, “Ekvita”, Azərbaycan-Fransız Universiteti, “AVT Logistics”, “National Oilwell Varco”, “TechnipFMC”, “Schneider Electric”, “SOCARMidstream Operations” və “SUEZ” kimi şirkətlərin təmsilçiləri iştirak etdilər.
Sənayə sektorundakı müxtəlif aparıcı şirkətlərin mütəxəssisləri yeni məzun olmuş gənclərin işə qəbulu prosesi zamanı üzə çıxan çətinliklər barəsində təcrübələrini və biliklərini bölüşüb məsələnin ətraflı tədqiqinə öz töhfələrini verdilər. Onlar problemin həlli üçün gələcəkdə təhsil müəssisələri ilə əməkdaşlığın vacib olduğunu qeyd etdilər.
Azərbaycan-Fransa Ticarət Palatası bu mövzuda daha böyük tədbirlər həyata keçirməyi planlaşdırdığını bildirdi.