AFchamber “MEDEF International” Fransa-Azərbaycan Biznes Konsulluğunun AFEZ ilə görüşü keçirildi.

AFchamber “MEDEF International” Fransa-Azərbaycan Biznes Konsulluğunun AFEZ ilə görüşü keçirildi.

Sharing is caring!

26 noyabr 2021-ci il tarixdə Azərbaycan Fransa Ticarət və Sənayə Palatası (AFchamber), “MEDEF International” Fransa-Azərbaycan Biznes Konsulluğu ilə birlikdə Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri cənab Valeh Ələsgərovla onlayn görüş keçirilmişdir.

Cənab Valeh Ələsgərov öz təqdimatında Ələt Azad İqtisadi Zonasının mühüm coğrafı strateji mövqeyi, xüsusi olaraq gömrük rüsumlarından azadolunmaların tətbiqi, xarici sərmayələrin ölkəyə cəlb olunması və rəqabətədavamlı beynəlxalq iqtisadiyyatın intensivləşdirilməsi ilə bağlı ətraflı çıxış etdi. Görüşdə fransız şirkətlərin və potensial investorların bu yeni unikal iqtisadi zonaya səmərəli inteqrasiyası və mümkün biznes fəaliyyətləri geniş şəkildə müzakirə edildi . Görüş zamanı iştirakçıların mövzu ilə bağlı sualları cənab Valeh Ələsgərov tərəfindən cavablandırıldı.

Görüş MEDEF İnternational-ın icraçı direktoru Filip Gautier-in və Palatanın sədri Teybə Quliyevanın salamlama nitqi ilə başladı. Fəxri qonaqlar – Fransanın Azərbaycandakı səfiri cənab Zacharie Gross və Azərbaycanın Fransadakı səfiri cənab Rəhman Mustafayev; AFchamber-in üzv şirkətləri və Fransada fəaliyyət göstərən fransız şirkətlərinin direktorları görüşdə iştirak etdilər.

MEDEF İnternational 1992-ci ildən etibarən Azərbaycanda Fransa-Azərbaycan Biznes Şurası çərçivəsində aktiv fəaliyyətdədir və AZPROMO və CCIAF-ın tərəfdaşıdır. Şuranın Azərbaycanın yüksək səviyyəli şəxsləri ilə mütəmadi görüşləri və nümayəndə heyətinin Bakıya işgüzar səfəri Şuranı Fransa ilə Azərbaycan arasında işgüzar münasibətlərin qurulmasında mühüm mövqeyə gətirdi. 2019-cu ilin iyul ayında Bakıya son səfəri zamanı MEDEF İnternational, Azərbaycanda fəaliyyətlərini inkişaf etdirməkdə maraqlı olan 60-a yaxın şirkəti bir araya gətirdi və bu nümayəndə heyəti Azərbaycan Prezidenti və Vitse-prezidenti tərəfindən qəbul edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.