AFchamber Vergi, Hüquq və Maliyyə Komitəsi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində gözlənilən dəyişikliklər” mövzusunda görüş keçirib

6 dekabr 2021 -ci il tarixində AFchamber Vergi, Hüquq və Maliyyə Komitəsi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində gözlənilən dəyişikliklər” mövzusunda görüş keçirdi. Görüşdə yerli və beynəlxalq şirkətlərin nümayəndələri iştirak etdi. Komitə sədri Arzu Hacıyeva, sədr müavinləri – Şərəf Əsgərova və Nazim Hacıyev iştirakçılara Vergi Məcəlləsindən edilməsi gözlənilən dəyişikliklər və yeniliklər barədə məlumat verdi.
Arzu Hacıyeva və Şərəf Əsgərova Vergi Məcəlləsindəki mühüm dəyişikliklərdən, vergi inzibatçılığı və maaliyə sanksiyalarındakı yeni nizamlamalardan ibarət geniş və ətraflı təqdimatla çıxış etdilər. Görüşdə bu dəyişikliklərin maaliyə və biznes sektoruna potensial təsirləri barədə müzakirələr aparıldı.
Görüş sual-cavab sessiyası ilə davam etdi.