Aİ-Azərbaycan Biznes Mühiti Hesabatı 2020

Aİ-Azərbaycan Biznes Mühiti Hesabatı 2020 COWI Belçika tərəfindən Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber), İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM), InvestBaku ilə əməkdaşlıq çərçivəsində və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin bir hissəsi olaraq AZPROMO ilə koordinasiyada aparılır.
Bu hesabat 2015-ci ildən bəri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən illik “Aİ-Azərbaycan Biznes Forumu” çərçivəsində hazırlanmışdır. Forumun məqsədi Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir. Bu, Azərbaycanda biznes mühitini ölkədə fəaliyyət göstərən Avropa şirkətləri baxımından tanıdan beşinci illik tədqiqatdır. Hesabatın əsas diqqəti 2016-cı ildən bəri ölkədə baş verən iqtisadi islahatların həyata keçirilməsindəki tərəqqiyə həsr olunmuşdur.