CCIAF-in təşkilatçılığı və KOBİA-nın tərəfdaşlığı ilə “Post-COVID-19: KOB-ların fəaliyyətinə dəstək” mövzusunda onlayn konfransın açılış sessiyası keçirilib

CCIAF-in təşkilatçılığı və KOBİA-nın tərəfdaşlığı ilə “Post-COVID-19: KOB-ların fəaliyyətinə dəstək” mövzusunda onlayn konfransın açılış sessiyası keçirilib

Sharing is caring!

İyunun 30-da CCIAF tərəfindən KOBİA-nın tərəfdaşlığı ilə təşkil edilmiş “Post-COVID-19: KOB-ların fəaliyyətinə dəstək” mövzusunda onlayn konfrans öz işinə başlayıb. Konfransda Fransanın ölkəmizdəki səfiri Zacharie Gross, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, KOBİA-nın sədr müavini Mehman Abbas, AYİB-in Azərbaycan üzrə rəhbəri İvana Duarte, BMT İnkişaf Proqramının Rezident Nümayəndəsi Alessandro Fracassetti, MEDEF International-ın direktor müavini Geraldine Lemble iştirak edib.

Onlayn konfrans iyulun 2-dək davam edəcək. Növbəti günlərdə CCIAF-in üzv şirkətləri – “Baker Tilly”, “Deloitte”, “Ekvita”, “EY Azərbaycan” və “PwC Azərbaycan” tərəfindən KOB-lar üçün turizm, kənd təsərrüfatı və qadın sahibkarlığı ilə bağlı seminarlar təşkil olunacaq. 

Onlayn konfransda çıxış edən CCIAF-in İdareəedici direktoru Zibər Hüseynova KOB-ların iqtisadiyyat üçün əhəmiyyəti və Palatanın post-pandemiya dövrü üçün KOB-lara dəstəyindən danışıb. CCIAF-in İdarə Heyətinin sədri Teybə Quliyeva təşkilatın KOBİA ilə əməkdaşlığı və bu əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verib.

KOBİA-nın İdarə Heyətinin sədr müavini Mehman Abbas çıxışında koronavirus pandemiyasının kiçik və orta sahibkarlığa təsiri, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən dəstək proqramı, eləcə də Agentliyin KOB-lar üçün həyata keçirdiyi tədbirlər barədə məlumat verib. O, KOBIA-nın beynəlxalq təşkilatlarla birgə əməkdaşlığından, bu əməkdaşlıq çərçivəsində reallaşdırılan layihələrdən də danışıb.

Fransanın Azərbaycandakı səfiri Zacharie Gross Fransa hökumətinin KOB-ların özünü bərpasına dair tədbirlər planı, bu sahədə hökumətlərarası əməkdaşlıqdan danışıb. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev KOB-ların milli iqtisadi inkişaf üçün əhəmiyyəti barədə çıxış edib və iki dövlət arasında əməkdaşlığın mövcud vəziyyətdə daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas pandemiya və post-pandemiya dövründə KOB sahəsində həyata keçirilən proqramlar və reallaşdırılacaq layihələr barədə, bu sahədə KOBIA ilə əməkdaşlıqdan danışıb. O, “EU for Business” təşəbbüsü barədə detallı məlumat verərək, Aİ və Azərbaycan arasında əməkdaşlığın prioritet istiqamətləri haqqında məlumat verib. AYİB-in Azərabycandakı rəhbəri İvana Duarte Bankın KOB-larla bağlı maliyyə dəstəyi proqramları, eləcə də dijitallaşma, pandemiya dövründə büdcənin idarə olunması kimi onlayn təlimlər barədə məlumat verib. BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Fracassetti pandemiya dövründə zərər çəkən sahələrdən olan KOB sektorunun özünübərpasının vacibliyini diqqətə çatdıraraq təşkilatın bu dövr ərzində Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etdiyini qeyd edib.  O, E-Biznes platformasının yaradılması layihəsi, təşkilatın onlayn biznes inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi onlayn təlimlərdən danışıb.

“MEDEF International”ın direktor müavini Geraldine Lemble təşkilatda çoxlu sayda KOB-ların təmsil olunduğunu, pandemiyadan sonra onların özünübərpasına dəstəyin təşkilatın prioritetlərindən olduğunu, bu sahədə “MEDEF International”ın Azərbaycanda KOB-larla işləyən qurumlarla da sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Sonda panelistlər onlayn konfrans iştiraçılarını maraqlandıran sualları cavablandırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.