Fransanın Azərbaycandakı Səfiri Xanım Ann Buayon Şərəfinə Qarşılanma Mərasimi

Fransanın Azərbaycandakı Səfiri Xanım Ann Buayon Şərəfinə Qarşılanma Mərasimi

Sharing is caring!

30 yanvar 2023-cü il tarixində, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber) Fransanın Azərbaycana təyin edilmiş yeni səfiri, xanım Ann Buayon və Azərbaycanın Fransaya yeni təyin edilmiş səfiri xanım Leyla Abdullayevanın qarşılanması şərəfinə Bakıda tarixi bina olaraq tanınan Murtuza Muxtarovun evi – Səadət sarayında ziyafət təşkil etmişdir.

Tədbirdə səfir Ann Buayon,  Avropa İtiffaqının Azərbaycandakı səfiri Peter Mixalko, Fransa səfirliyinin nümayəndələri və Palatanın üzvü olan yerli və beynəlxalq şirkətlərinin nümayəndələri iştirak ediblər. Səfir Leyla Abdullayeva, tədbirə Parisdən onlayn olaraq qoşulub.

Tədbir AFchamber-in İdarəedici Direktoru Zibər Hüseynovanın və AFchamber İdarə Heyətinin Sədri Teybə Quliyevanın açılış nitqi ilə başlayıb.

Tədbirin məqsədi biznesləri xanım Ann Buayon ilə tanış etmək və iki ölkə arasında iqtisadi perspektivləri müzakirə etmək idi.

Hər iki səfir çıxış zamanı iki ölkə arasında münasibətlərin inkişaf potensialına inandıqlarını bildirib və bu baxımdan işgüzar dairələrin əsas rolunu vurğulayıblar. Səfir Leyla Abdullayeva Fransada Azərbaycan haqqında məlumatlılığın artırılmasının və hər iki ölkənin işgüzar dairələri arasında informasiya mübadiləsi və əlaqələrin genişləndirilməsi kanallarından biri kimi Afchamber-ə güvənməyin zəruriliyini vurğulayıb. Səfir Anne Bouillon bir daha Azərbaycanda güclü Fransa biznesinin mövcudluğunu vurğuladı və gələcək əməkdaşlığın əsas istiqamətləri kimi Enerji, Alternativ Enerji və Əlaqədarlığı qeyd etdi, səfir Abdullayeva isə gələcək illər üçün əməkdaşlığın əsas istiqamətləri kimi Aqrar və KOBİ sektorlarını əlavə etdi.

Daha sonra tarixçi Fuad Axundov tədbirin keçirildiyi məkan, Murtuza Muxtarovun evinin tarixi haqqında maraqlı faktları qonaqlarla paylaşıb. Tədbir networking sessiyası davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.