“Qadın işçilərin əmək hüquqları, həmin hüquqların təminatı və əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda vebinar

“Qadın işçilərin əmək hüquqları, həmin hüquqların təminatı və əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda vebinar

Sharing is caring!

3 mart 2021-ci il tarixində AFchamber Qadın Professionallar Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baker Tilly Azərbaycan şirkətinin tərəfdaşlığı ilə “Qadın işçilərin əmək hüquqları, həmin hüquqların təminatı və əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda vebinar keçirdi.

Baker Tilly Azərbaycanın əməkdaşı Təranə Qurbanova iştirakçıları Əmək Məcəlləsi ilə tənzimlənən hüquqlar, xüsusi fiziki vəziyyətə görə müəyyən edilmiş normalar, uşaqlı qadın işçilər üçün qanunla tənzimlənən qaydalar barədə məlumat verdi.

ƏƏSMN Aparatının Əmək siyasəti şöbəsinin Əməyin ödənilməsi və əmək münasibətləri sektorunun baş məsləhətçisi Fəridə Hacıyeva həmin hüquqların təminatı, dövlətin bununla bağlı proqramları barədə danışdı. ƏƏSMN Aparatının Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdir müavini Rəna Abdullayeva qadınların əmək bazarında iştirakının artırılmasının vacibliyini vurğulayaraq bu istiqamət üzrə görülən işlər barədə iştirakçıları məlumatlandırdı. ƏƏSMN tabeliyində Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq əlaqələr və layihələrlə iş departamentinin Layihələrlə iş şöbəsinin baş mütəxəssisi Rəşidə Abdullayeva isə qadınların məşğulluğunu təmin etmək məqsədilə Dövlət Məşğulluq Agentliyi tərəfindən icra edilən layihələr barədə çıxış etdi.

Sonda iştirakçılar onları maraqlandıran sualları ünvanladılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.